Главная > Dünya / Manset > Serbiya DİN rəhbəri Xorvatiya hakimiyyətini “faşist” adlandırdı

Serbiya DİN rəhbəri Xorvatiya hakimiyyətini “faşist” adlandırdı


17-07-2022, 20:30. Разместил: admin
Serbiyada ilə Xorvatiya arasında diplomatik qalmaqal yaranıb.

Serbiyanın baş naziri Ana Brnabiç bildirib ki, xorvatlar Serbiya prezidenti Aleksandr Vuçiçi Yasenovats həbs düşərgəsinin yerindəki xatirə abidəsini ziyarət etmək üçün ölkəyə buraxmayıblar.

İkinci Dünya müharibəsi illərində həmin yerdə minlərlə serb həlak olub.

Ana Brnabiç Xorvatiyanın bu qərarının “Avropa dəyərləri və sivilizasiya əleyhinə” olduğunu vurğulayıb.

Baş verənlərdən sonra Serbiyanın daxili işlər naziri Aleksandr Vulin Xorvatiya hakimiyyətini “faşist” adlandırıb və xorvat diplomatlarına məhdudiyyətlər tətbiq edib.
Вернуться назад