Главная > Dünya / Manset > Bayden: “Yaxın Şərqi Çin, Rusiya və İranın nəzarətinə buraxmayacağıq”
Bayden: “Yaxın Şərqi Çin, Rusiya və İranın nəzarətinə buraxmayacağıq”17-07-2022, 11:42. Разместил: admin |
“Birləşmiş Ştatlar Yaxın Şərqi tərk etmək niyyətində deyil, o, region ölkələri üçün tərəfdaş olaraq qalacaq”. Bu sözləri ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanının Ciddə şəhərində Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası ölkələrinin liderləri ilə görüşdə deyib. “ABŞ Yaxın Şərqdə fəal tərəfdaş olaraq qalmağa hazırlaşır. Dünya daha rəqabətli olduqca və üzləşdiyimiz problemlər mürəkkəbləşdikcə, ABŞ-ın maraqlarının və Yaxın Şərqin uğurlarının necə əlaqəli olduğu mənə getdikcə daha aydın olur, - deyə Co Bayden vurğulayıb. Co Bayden əlavə edib ki, ABŞ Yaxın Şərqinin Çin, Rusiya və İranın nəzarətinə keçməsinə imkan verməyəcək. Вернуться назад |