Главная > Dünya / Manset > Dnepr raket atəşinə tutuldu, ölənlər və yaralananlar var

Dnepr raket atəşinə tutuldu, ölənlər və yaralananlar var


16-07-2022, 14:12. Разместил: admin

Rusiya silahlı qüvvələri Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub.

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının sədri Valentin Rezniçenko öz Teleqramında məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın atəşi nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.

“Raketlər sənaye müəssisəsinə və onun yanındakı hərəkətli küçəyə düşüb. Rusiyanın bu hücumu 3 nəfərin həyatına son qoyub, daha 15 nəfər yaralanıb”, - o yazıb.

O qeyd edib ki, dağıntının miqyası dəqiqləşdirilir.
Вернуться назад