Главная > Dünya / Manset > Moskvada FHN-in keçmiş rəis müavini saxlanılıb
Moskvada FHN-in keçmiş rəis müavini saxlanılıb13-07-2022, 17:08. Разместил: admin |
Rusiya Fövqəladə Hallar Nazirliyinin keçmiş rəis müavini Andrey Quroviç Moskvada saxlanılıb. “Müstəntiqlər Quroviç barəsində həbs-qətimkan tədbiri seçilənədək 48 saat müddətinə saxlayıblar. O, FHN-də işlədiyi dövrdə vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinir”, - hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Quroviçin evində axtarış aparılıb. Onunla yanaşı, Fövqəladə Hallar Nazirliyinin digər əməkdaşlarının da evlərində axtarış edilib. Вернуться назад |