Главная > Dünya / Şou biznes > Yaponiyadan G20 ölkələrinə Rusiyaya qarşı sanksiya ÇAĞIRIŞI
Yaponiyadan G20 ölkələrinə Rusiyaya qarşı sanksiya ÇAĞIRIŞI12-07-2022, 19:05. Разместил: admin |
Yaponiya hökuməti G20-yə (Böyük İyirmilik) daxil olan və Ukrayna ətrafındakı vəziyyətlə bağlı neytral mövqe tutan dövlətləri Rusiya əleyhinə sanksiyalar tətbiqinə təşviq edəcək. Bu barədə ölkənin xarici işlər naziri Yoşimasa Hayaşi Tokioda keçirilən mətbuat konfransında bildirib. “Rusiya Federasiyasına qarşı sanksiyaların effektivliyini daha da artırmaq üçün ölkəmiz Böyük Yeddilikdən (G7) başlayaraq dünya birliyi ilə əməkdaşlıq çərçivəsində müvafiq tədbirlərin işlənib hazırlanmasını davam etdirmək niyyətindədir. Bundan başqa, biz neytral mövqe tutan G20 ölkələrini də məhdudiyyətlərin tətbiqinə təşviq edəcəyik”. Вернуться назад |