Главная > Dünya / Manset > ABŞ-da su üzərində abort mərkəzləri qurmaq təklif edildi
ABŞ-da su üzərində abort mərkəzləri qurmaq təklif edildi12-07-2022, 11:25. Разместил: admin |
ABŞ-da ginekoloq Meq Otri üzən reproduktiv sağlamlıq klinikalarının yaradılmasını təklif edib ki, bu klinikalarda qadınlar ştatlarda qadağan olunan abort əməliyyatlarını gerçəkləşdirə bilsinlər. O, aborta qadağa qoyan ştatların yurisdiksiyasından kənarda olan Meksika körfəzindəki ABŞ-ın federal sularında belə klinikaların yaradılmasını təklif edib. “Ölkəmizdə reproduktiv hüquqlara qarşı real hücum olub, mən ömür boyu reproduktiv sağlamlıq və seçim azadlığının müdafiəçisi olmuşam. Biz seçimlər yaratmalıyıq və insanların layiq olduqları sağlamlıq xidmətini almalarına yardım etmək üçün düşüncəli və yaradıcı olmalıyıq”, - deyə o qeyd edib. İyunun 24-də ABŞ Ali Məhkəməsi Rounun Ueydə qarşı 1973-cü il tarixli qərarını ləğv edib. Həmin qərara əsasən, abort seçimi konstitusiya hüququ kimi təsbit edilirdi. ABŞ Prezidenti Co Bayden amerikalıları Ali Məhkəmənin abortla bağlı qərarına etiraz aksiyalarında iştirak etməyə çağırıb. Hazırda Texas, Oklahoma, Arkanzas, Luiziana, Alabama, Missisipi, Missuri və Cənubi Dakota ştatlarında abort qadağan edilib. Ohayo, Cənubi Karolina və Tennessi ştatlarında adətən hamiləliyin altıncı həftəsində baş verən dölün ilk ürək döyüntüsündən sonra abortlar qadağandır. Вернуться назад |