Главная > Dünya / Manset > Aİ Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə əlavə 4,25 milyon avro ayırır - FOTO

Aİ Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə əlavə 4,25 milyon avro ayırır - FOTO


11-07-2022, 19:19. Разместил: admin
Avropa İttifaqı (Aİ) Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə əlavə 4,25 milyon avro ayırır.

Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün “Twitter” səhifəsində yazıb.

“Şadam ki, Aİ ən böyük donor olaraq “ANAMA-nın imkanlarının inkişaf etdirilməsi yolu ilə məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi” layihəsi çərçivəsində Azərbaycana əlavə 4,25 milyon avro ayırır”, - paylaşımda qeyd olunub.


Вернуться назад