Главная > Dünya > Britaniya XİN rəhbəri G20 toplantısına səfərini ləğv edib Londona qayıdır

Britaniya XİN rəhbəri G20 toplantısına səfərini ləğv edib Londona qayıdır


7-07-2022, 22:17. Разместил: admin
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass İndoneziyadakı G20 toplantısı üçün səfərini yarımçıq qoyaraq Londona qayıdır.

Bu barədə BBC məlumat verib.

Trassın yaxın vaxtlarda açıqlama verəcəyi bildirilir. Aydındır ki, onun qayıdışı Boris Consonun Baş nazir postundan gözlənilən istefası ilə bağlıdır.

Bir gün əvvəl Trass Consonun istefaya getməsi ilə bağlı çağırışlara qarşılıq olaraq hökumət başçısını tam dəstəklədiyini bildirmişdi.
Вернуться назад