Главная > Dünya / Manset > Boris Conson istefa verməyə RAZI OLDU - YENİLƏNİB

Boris Conson istefa verməyə RAZI OLDU - YENİLƏNİB


7-07-2022, 15:17. Разместил: admin
“Boris Consonun baş nazir vəzifəsindən istefa verməsi ölkə üçün yaxşı xəbərdir. Bu çoxdan baş verməli idi”.

Bu sözləri Böyük Britaniyanın Leyboristlər partiyasının lideri Kir Starmer “Twitter”də yazıb. “Mühafizəkarlar 12 illik iqtisadi durğunluğa, azalan dövlət xidmətləri və boş vədlərə nəzarət ediblər.

Bizə başdakı Torini dəyişdirmək lazım deyil - hökumətin düzgün dəyişməsinə ehtiyacımız var. Britaniya üçün yeni bir başlanğıc lazımdır”, - deyə o qeyd edib.

Boris Consonun gün ərzində xalqa müraciət edəcəyi gözlənilir.

12:27

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verməyə razılaşıb.

Lakin payızda yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalmaq istəyir.

Conson vəzifəsində qalmaqda davam edərsə, gələn həftə o, növbəti etimad səsverməsi ilə üzləşə bilər.

O, hakim partiyanın yeni rəhbəri seçilənə qədər baş nazir kimi fəaliyyətini davam etdirəcək.
Вернуться назад