Главная > Dünya > ABŞ Prezidentinin ən yaxın köməkçilərindən biri istefa verib

ABŞ Prezidentinin ən yaxın köməkçilərindən biri istefa verib


7-07-2022, 12:23. Разместил: admin
Ağ Evin Kommunikasiyalar üzrə Direktoru Keyt Bedinqfild vəzifəsini tərk edib.

O, üç il idi ki, hazırkı Prezident Co Baydenin komandasında çalışırdı.

Məlumatı ABŞ Prezident Administrasiyası da təsdiqləyib.

Bildirilir ki, Prezident Co Baydenin uzun müddət etibarlı köməkçisi olmuş, onun seçki kampaniyasında və prezident administrasiyasında ən yaxın adamlarından biri olan K.Bedinqfild həyat yoldaşı və azyaşlı uşaqları ilə daha çox vaxt keçirmək üçün iyulun sonunda Ağ Evi tərk edəcək.
Вернуться назад