Главная > Dünya / Manset > Ukrayna hərbçiləri Lisiçansk şəhərini tərk etdi

Ukrayna hərbçiləri Lisiçansk şəhərini tərk etdi


4-07-2022, 14:47. Разместил: admin
Ukrayna hərbçiləri Luqansk vilayətinin ən böyük şəhərlərindən biri olan Lisiçanskini tərk ediblər. Ukrayna Silahlı Qüvvələri şəxsi heyətin həyatını xilas etmək üçün mövqelərindən geri çəkilib.

Bu barədə Ukrayna Baş Qərargahı rəsmi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Rusiya Silahlı Qüvvələrinin artilleriya, aviasiya, reaktiv yaylım atəşi sistemləri, döyüş sursatları və şəxsi heyətlə bağlı çoxsaylı üstünlüyü kontekstində şəhərin müdafiəsinin davam etdirilməsi ölümcül nəticələrə gətirib çıxaracaqdı.
Вернуться назад