Главная > Dünya / Manset > Avrozonada inflyasiya yeni rekord həddə çatıb

Avrozonada inflyasiya yeni rekord həddə çatıb


2-07-2022, 13:48. Разместил: admin
İyun ayında Avrozonada inflyasiya gözləntiləri üstələyərək 8,6%-ə yüksəlib.

Sürətli inflyasiya əsas etibarilə enerji qiymətlərinin may ayındaki 39,1%-dən iyunda 41,9%-ə yüksəlməsi fonunda müəyyənləşməkdə davam edir.

Daha sonra iyunda əvvəlki ayla müqayisədə 8,9% bahalaşan ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatları gəlir.

Dəyişkən komponentləri istisna edən və əsas qiymət təzyiqlərinin yaxşı göstəricisi hesab edilən baza inflyasiyası may ayında 3,8%-dən iyunda 3,7%-ə qədər bir qədər azalıb.

İnflyasiyadan üzv dövlətlər arasında ən çox Baltikyanı ölkələr zərər çəkib, Estoniyada bu, 22%-ə, Litvada 20,5%-ə və Latviyada 19%-ə çatıb. Ən aşağı inflyasiya göstəriciləri Malta (6,1%) və Fransada (6,5%) qeydə alınıb.
Вернуться назад