Главная > Dünya / Manset > Conson Odessanın fəxri vətəndaşı oldu
Conson Odessanın fəxri vətəndaşı oldu2-07-2022, 11:17. Разместил: admin |
Böyük Britaniyanın Baş naziri Boris Conson Odessanın fəxri vətəndaşı adını alıb. Bu barədə Odessa meri Gennadi Truxanov BBC-yə müsahibəsində bildirib. “Ölkənizin, Baş nazirinizin köməyini çox yüksək qiymətləndiririk. Ona görə də Boris Consonun I, II, III dərəcəli Qriqori Marazli adına fəxri nişanlarla təltif edilməsi haqqında sərəncam imzaladım”, - deyə mer qeyd edib. Beləliklə, Conson avtomatik olaraq Odessanın fəxri vətəndaşı adını alıb. Truxanovun sözlərinə görə, bütün dünya birliyi Britaniya xalqı kimi eyni mövqedən çıxış etsəydi, ukraynalılar işğalçıları çoxdan məğlub etmişdilər. Вернуться назад |