Главная > Dünya / Manset > Gürcüstan ölkədən buğda və arpa ixracına qadağa qoydu
Gürcüstan ölkədən buğda və arpa ixracına qadağa qoydu28-06-2022, 18:32. Разместил: admin |
Gürcüstan hökuməti ölkədən buğda və arpa ixracını bir illik qadağan etmək qərarına gəlib. Bu barədə Gürcüstanın kənd təsərrüfatı naziri Otar Şamuqiya bildirib: “Hökumət bu il iyulun 4-dən 2023-cü il iyulun 4-dək Gürcüstandan buğda və arpa idxalını qadağan etmək qərarına gəlib. Hazırkı mərhələdə məhdudiyyətlər qarğıdalı ixracına şamil edilmir”. İl ərzində Gürcüstan 700-800 min ton buğda istehlak edir. Uzun illər ölkə bu məhsulun əsas hissəsini Rusiya, Qazaxıstan, Ukrayna və ABŞ-dan idxal edirdi. Eyni zamanda, Rusiyanın payı 70% təşkil edir. Nazirin sözlərinə görə, regiondakı vəziyyəti nəzərə alaraq, ərzaq təhlükəsizliyini təmin etmək üçün yerli istehsal olunan buğda və arpanın yalnız daxili bazarda satılması vacibdir. Gürcüstanın özünü buğda ilə təmin etmə səviyyəsi cəmi 15% təşkil edir. Hökumət yaxın illərdə bu rəqəmi 50%-ə çatdırmağı planlaşdırır. Arpaya gəlincə, gürcü arpası İraq və İrana ixrac edilir. Nazir bildirib ki, heyvandarlıq, quşçuluq və donuzçuluq sahələrində arpanın indiki mərhələdə yalnız Gürcüstan bazarında satılması vacibdir. Вернуться назад |