Главная > Dünya / Manset > Koronavirus peyvəndi vurulan 9 yaşlı uşaqlarla bağlı ilkin nəticə açıqlanıb
Koronavirus peyvəndi vurulan 9 yaşlı uşaqlarla bağlı ilkin nəticə açıqlanıb16-06-2022, 11:14. Разместил: admin |
Kliniki sınaqlar çərçivəsində 9-11 yaşlı 14 uşağa koronavirusa qarşı peyvənd vurulub, onlarda heç bir ciddi əlavə təsir qeydə alınmayıb. Bu barədə Rusiyada Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qinsburq məlumat verib. Onun sözlərinə görə uşaqlara peyvəndin böyüklər üçün dozasının 1/10 hissəsi vurulub. Qinsburq həmçinin bildirib ki, bu gün müstəqil ekspertlər qrupunun və infeksion xəstəliklər üzrə pediatrların iclasının keçirilməsi planlaşdırılır. Tədbirdə 6-9 yaşlı uşaqlar üçün preparat dozasının 1/10 hissəsinin peyvənd edilməsinə icazəsi müzakirə olunacaq. “Tədqiqatda ümumilikdə 100 uşaq iştirak edir: onlardan 50-si dozanın 1/10-i, digər 50-si isə preparatın 1/5 hissəsi ilə peyvənd edilməlidir”, - deyə mütəxəssis əlavə edib. Qeyd edək ki, yanvarın 24-də Rusiya Federasiyasının Səhiyyə Nazirliyi 6-11 yaşlı uşaqlar arasında Qamaleya EMMT Mərkəzi tərəfindən koronavirus peyvəndinin klinik sınaqlarının keçirilməsinə icazə verib. Вернуться назад |