Главная > Dünya / Manset > Rusiya ordusu Ukraynada azərbaycanlı fermerin təsərrüfatını məhv edib

Rusiya ordusu Ukraynada azərbaycanlı fermerin təsərrüfatını məhv edib


15-06-2022, 13:19. Разместил: admin
Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində Luqansk vilayətinin Lisiçansk rayonu ərazisində azərbaycanlı fermerə məxsus təsərrüfat dağıdılıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Rusiya ordusunun artilleriya atəşi nəticəsində azərbaycanlı Bərşad Ağayevə məxsus ferma dağılıb, əsasən xırdabuynuzlu olmaqla xeyli heyvan tələf olub.

B.Ağayevin özü və ailəsi xəsarət almayıb.
Вернуться назад