Главная > Dünya / Manset > Hindistan siyasətçilərinin Məhəmməd peyğəmbərlə bağlı açıqlamaları ərəb ölkələrində hiddətlə qarşılanıb

Hindistan siyasətçilərinin Məhəmməd peyğəmbərlə bağlı açıqlamaları ərəb ölkələrində hiddətlə qarşılanıb


15-06-2022, 09:43. Разместил: admin
Hindistanın hakim partiyasından olan siyasətçilərin Məhəmməd peyğəmbərlə bağlı təxribat xarakterli açıqlamaları Fars körfəzi ölkələri ilə Hindistan arasında münasibətlərin soyuqlaşmasına səbəb ola bilər.


Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Qətərin peyğəmbərlə bağlı qəbuledilməz ifadələri pisləməsindən sonra bu barədə söhbətlər daha da şiddətlənib.

Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyi hökumətin mövqeyinə aydınlıq gətirib və ölkədə bütün dinlərə hörmət edildiyini və alçaldıcı ifadələrin “marjinal elementlər tərəfindən” səsləndirildiyini bildirib.
Вернуться назад