Главная > Dünya / Manset > Papa Üçüncü Dünya müharibəsinin başladığını elan etdi

Papa Üçüncü Dünya müharibəsinin başladığını elan etdi


14-06-2022, 23:17. Разместил: admin
“Üçüncü Dünya müharibəsi artıq başlayıb”.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk jurnalistlərlə görüşündə deyib.

“Bir neçə il əvvəl ağlıma bizim 3-cü Dünya müharibəsini hissə-hissə yaşadığımızı demək gəlmişdi. Bu gün hesab edirəm ki, 3-cü Dünya müharibəsi artıq elan olunub”, - deyə Roma Papası söyləyib.

Papa, həmçinin Afrikanın bəzi bölgələrində, Nigeriyanın və Konqonun şimalında baş verən münaqişələrdən də danışıb: “Bu ərazilərdə müharibə hələ də davam edir və heç kim buna əhəmiyyət vermir”.

“Dünya müharibə vəziyyətindədir”, - deyə Roma Papası fikrini yekunlaşdırıb.
Вернуться назад