Главная > Dünya / Manset > Ərəb mediasından Bəşər Əsədə xəbərdarlıq: İsrail növbəti zərbəni saraya endirəcək
Ərəb mediasından Bəşər Əsədə xəbərdarlıq: İsrail növbəti zərbəni saraya endirəcək14-06-2022, 17:00. Разместил: admin |
İsrail hökuməti Suriya Prezidenti Bəşər Əsədin saraylarından birinin İsrail Silahlı Qüvvələrinin növbəti zərbəsinin hədəfi ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu barədə Böyük Britaniyanın paytaxtı Londonda yerləşən ərəbdilli xəbər saytı “Elaph” yüksək rütbəli israilli mənbəyə istinadən xəbər yayıb. Jurnalist Məcdi Həlabinin sözlərinə görə, xəbərdarlıq İranın Suriyaya müasir silahlar gətirməsinə icazə verməmək tələbi ilə gəlib. Sayt həmçinin xəbər verir ki, İsrail Suriyadakı Rusiya kontingentini gözlənilən zərbələr barədə bir neçə saat əvvəl xəbərdar edir, lakin Rusiya ilə koordinasiya olmadan hərəkətə keçməyə hazırlaşır. Вернуться назад |