Главная > Dünya / Manset > İşgəncə verdilər, sonra edam etdilər: Kiyevdə dinc əhalinin daha bir kütləvi məzarlığı tapıldı
İşgəncə verdilər, sonra edam etdilər: Kiyevdə dinc əhalinin daha bir kütləvi məzarlığı tapıldı14-06-2022, 10:41. Разместил: admin |
Buçanski rayonunda rusiyalı işğalçılar tərəfindən güllələnmiş dinc əhalinin daha bir kütləvi məzarlığı aşkar edilib. Bu barədə Kiyev vilayətinin polis idarəsinin rəisi Andrey Nebıtov “Facebook” sosial şəbəkəsində məlumat verib. “Rusiyalılar 7 sadə vətəndaşa işgəncə veriblər, sonra isə onları başlarına güllə vuraraq vəhşicəsinə edam ediblər”, - deyə Nebıtov bildirib və dinc əhalinin dəfn olunduğu yerdən foto paylaşıb. Onun sözlərinə görə, Buçanski rayonunun Mirotskoye kəndi yaxınlığında Rusiya Federasiyası əsgərlərinin mövqelərində güllələnmiş dinc əhalinin kütləvi məzarlığı aşkar edilib. “Qurbanların bir çoxunun əlləri bağlanıb və dizləri güllələnib. İndi biz ölülərin şəxsiyyətini müəyyənləşdirməyə çalışırıq. Bu, Rusiya ordusunun Kiyev vilayətində növbəti sadist cinayətidir”, - deyə Nebytov vurğulayıb. O əlavə edib ki, hər məhv edilmiş həyata, ukraynalıların ağrı və iztirablarına, şəhər və qəsəbələrin dağıdılmasına görə işğalçılar cavab verməlidir. Вернуться назад |