Главная > Dünya / Manset > Bayden: “Zelenski işğalla bağlı xəbərdarlıqlarımı eşitmək istəmədi”

Bayden: “Zelenski işğalla bağlı xəbərdarlıqlarımı eşitmək istəmədi”


11-06-2022, 21:43. Разместил: admin
“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı xəbərdarlıqlarını rədd edirdi”.

Bu barədə ABŞ Prezidenti Co Bayden Los-Ancelesdə keçirilən siyasi ianə aksiyası zamanı açıqlama verib.

“Bilirəm ki, çoxları mənim şişirtdiyimi düşünürdü, amma mən bilirdim və onun (Vladimir Putin - red.) sərhədi keçməyə hazırlaşdığı barədə təsdiqləyici məlumatlarımız var idi. Bununla bağlı şübhə yox idi. Zelenski isə bunu eşitmək istəmirdi, həmçinin də bir çox insan eşitmək istəmədi”, - deyə Bayden bildirib.

Xatırladaq ki, ABŞ Rusiyanın fevralın 24-də başlatdığı müharibədən həftələr əvvəl bu ölkə Ukraynaya müdaxiləyə hazırlığı ilə bağlı həyəcan təbili çalmağa başlamışdı.

Fevralın 18-də Bayden demişdi ki, Putin Ukraynaya hücum etmək qərarına gəlib.

Zelenskinin Ofisindən Baydenin bu sözlərinə münasibət bildirilib.

Qeyd edilib ki, Ukrayna Prezidenti Zelenski dəfələrlə Rusiyanın genişmiqyaslı işğalı ərəfəsində tərəfdaşlarından Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyi xahiş edib, lakin onlar Kiyevin müraciətini “eşitmək istəməyiblər”.

Bunu Prezidentin mətbuat katibi Sergey Nikiforov ABŞ Prezidenti Co Baydenin Zelenskinin guya Rusiyanın hücumu təhlükəsi ilə bağlı xəbərdarlığı “eşitmək istəmədiyi” sözlərini şərh edərkən deyib.

Nikiforovun sözlərinə görə, o vaxt Prezident Zelenskinin Baydenlə üç-dörd telefon danışığı olub: liderlər Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

“Ona görə də yəqin ki, “eşitmək istəmədi” ifadəsinə aydınlıq gətirilməlidir. Bundan əlavə, xatırlayırsınızsa, Ukrayna Prezidenti Rusiyanı qoşunlarını geri çəkməyə və hərbi əməliyyatları dayandırmağa təşviq etmək üçün tərəfdaşları qabaqlayıcı sanksiyalar paketi tətbiq etməyə çağırmışdı. Və burada artıq deyə bilərik ki, tərəfdaşlarımız bizi eşitmək istəməyiblər”, - deyə Zelenskinin sözçüsü əlavə edib.
Вернуться назад