Главная > Dünya > Rusiyadan Yaponiyaya qadağa

Rusiyadan Yaponiyaya qadağa


11-06-2022, 09:42. Разместил: admin
Rusiya Yaponiyanı Kuril adaları yaxınlığında balıq tutmaq hüququndan məhrum edəcək. Bu barədə Rusiya Federasiyası Prezidentinin Uzaq Şərq Federal Dairəsi üzrə nümayəndəsi Yuri Trutnev bildirib.

“Biz, onsuz da, faktiki olaraq onların hüquqlarını (balıq tutmaq - red.) elə öz səyləri nəticəsində məhdudlaşdırmışıq. Onlar Kuril adaları yaxınlığında balıq tutmaq üçün kvota ödəməkdən imtina ediblər. Müvafiq olaraq, bu hüquq onlardan geri alınacaq”, - deyə Trutnev qeyd edib.

“Moskva ümid edir ki, Cənubi Kuril adaları yaxınlığında yapon balıqçılarının yerini Rusiya şirkətləri tutacaq”, - deyə o əlavə edib.
Вернуться назад