Главная > Dünya > Meksikada magistral yoldan işgəncə görmüş yeddi nəfərin meyiti tapıldı

Meksikada magistral yoldan işgəncə görmüş yeddi nəfərin meyiti tapıldı


11-06-2022, 09:18. Разместил: admin
Meksikanın San Luis Potosi əyalətində magistral yolda yeddi nəfərin meyiti tapılıb. Səlahiyyətlilər həmin şəxslərə əvvəlcə işgəncə edildiyini, sonra isə öldürülüb yola atıldıqlarını açıqlayıblar.

Meyitlərin üzərinə təhdid mesajları yazılıb. Verilən məlumata görə, adamların başqa bir yerdə öldürüldükdən sonra meyitlərinin yola atıldığı ehtimalı üzərində dayanılır.

Meksikada rəqib cinayət dəstələri arasında bu formada hesablaşmaların olduğu deyilir.

Hadisə ilə bağlı araşdırma başladılıb.
Вернуться назад