Главная > Dünya > “Sputnik Azərbaycan”ın şef-redaktorunun iş icazəsinin uzadılmasına imtina verildi: Ölkəni tərk edir - FOTO

“Sputnik Azərbaycan”ın şef-redaktorunun iş icazəsinin uzadılmasına imtina verildi: Ölkəni tərk edir - FOTO


10-06-2022, 13:45. Разместил: admin
“Sputnik Azərbaycan” saytının şef-redaktoru Veranika Antonova-Trizno yaxın günlərdə Azərbaycanı tərk etməli olacaq.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, onun ölkə ərazisində işləmək üçün icazəsinin vaxtının uzadılmasına imtina cavabı gəlib.

Qeyd edək ki, eyni zamanda “Sputnik Azərbaycan”ın mətbuat mərkəzinin prodüseri və V.Triznonun həyat yoldaşı olan Pavel Antonovun icazəsinin də vaxtı uzadılmayıb.

Hər iki şəxs Belarus vətəndaşıdır.

Məlumatı Oxu.Az-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərov təsdiq edib. O bildirib ki, sözügedən şəxslərin iş icazələrinin uzadılması ilə bağlı müraciətlərinə imtina cavabı verilib.

Onu da bildirək ki, ölkədə iş icazəsinin uzadılması ilə bağlı edilən müraciətə imtina zamanı avtomatik olaraq yaşayış icazəsi də ləğv edilir.

Onların hazırkı iş icazəsinin müddəti bir illik idi və icazənin uzadılmasına imtina verildiyi barədə məlumat diqqətlərinə çatdırılıb.

Qeyd edək ki, İnzibati İcraat haqqında Qanunun 62-ci maddəsinə əsasən, qərar KİV-də dərc edildiyi gündən 10 gün sonra ünvana çatmış hesab olunur.


Вернуться назад