Главная > Dünya / Manset > Antarktidaya yağan qarda buzların əriməsini sürətləndirən maddə tapıldı
Antarktidaya yağan qarda buzların əriməsini sürətləndirən maddə tapıldı9-06-2022, 10:39. Разместил: admin |
Antarktidaya təzə yağan qarda ilk dəfə buzların əriməsini sürətləndirə və ekosistemə təsir edə biləcək mikroplastiklər tapılıb. Kenterberi Universitetinin doktorantı Aleks Aves tərəfindən aparılan araşdırmada alınan 19 qar nümunəsində mikroplastiklər aşkar edilib. Tədqiqatçılar əvvəllər Antarktika dəniz buzu və səth sularında düyü dənəsindən daha kiçik mikroplastiklər aşkar etmişdilər. “İnanılmaz dərəcədə kədərlidir. Antarktida qarında mikroplastiklərin tapılması Yerin ən ucqar yerlərində belə plastik çirklənmənin dərəcəsini vurğulayır”, - deyə o bildirib. Aleks Aves ərimiş qarın bir litrində 29 mikroplastik hissəcik aşkarladığını da vurğulayıb. Вернуться назад |