Главная > Dünya / Manset > Uşaqlarda müəmmalı hepatit: 10 azyaşlı ölüb, 38-i orqan köçürülməsini gözləyir

Uşaqlarda müəmmalı hepatit: 10 azyaşlı ölüb, 38-i orqan köçürülməsini gözləyir


9-06-2022, 08:43. Разместил: admin
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İngiltərədə ortaya çıxan və sonradan bir çox ölkədə görülən mənşəyi bilinməyən hepatit virusuna yoluxan uşaqların sayının artdığını açıqlayıb.

Təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında qurumun baş direktoru Tedros Adhanom Qebreyesus sirli hepatit hadisələri ilə bağlı son məlumatları paylaşıb.

Qebreyesus indiyədək 34 ölkədə 700 hepatit hadisəsinin təsdiqləndiyini, 112 hadisənin araşdırıldığını bildirib.

Virusa yoluxan ən az 38 uşağın qaraciyər transplantasiyası əməliyyatı keçirməli olduğunu bildirən Qebreyesus, 10 uşağın öldüyünü qeyd edib.

ÜST rəhbəri bəyan edib ki, təşkilat üzv ölkələrlə virusun mənbəyini araşdırmaqda davam edir.

Məlumat üçün bildirək ki, mənşəyi məlum olmayan sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomlarla müşayiət olunan hepatit 1 aydan 16 yaşa qədər uşaqlarda müşahidə edilir.
Вернуться назад