Главная > Dünya / Manset > Türkiyənin “SANCAR” silahlı pilotsuz katerinin texniki xüsusiyyətləri məlum olub - FOTO
Türkiyənin “SANCAR” silahlı pilotsuz katerinin texniki xüsusiyyətləri məlum olub - FOTO8-06-2022, 11:42. Разместил: admin |
Ötən gün Türkiyədə ölkənin su sərhədlərinin mühafizəsini təşkil etmək üçün “SANCAR” adlı silahlı pilotsuz kateri suya buraxılıb. Türkiyənin Müdafiə Sənayesi İdarəsindən bildirilib ki, pilotsuz katerin hazırlanması “Yonca-Onuk” və “Havelsan” şirkətinin mütəxəssisləri tərəfindən birgə həyata keçirilib. Qeyd olunur ki, 12,7 metrlik “SANCAR” pilotsuz kateri saatda 40 dəniz mili sürətə çata bilir. Pilotsuz kater 40 saat dayanmadan kəşfiyyat əməliyyatını icra etmək gücündədir. “SANCAR” pulemyot sistemi və UMTAS/L-UMTAS qanadlı raketləri ilə təchiz edilib. Pilotsuz kater həmçinin naviqasiya radarı, kamera, toqquşmaya qarşı sistemlərlə təchiz edilib. Вернуться назад |