Главная > Dünya / Manset > Bakı ilə İslamabad arasında birbaşa uçuşlara başlanıb - FOTO

Bakı ilə İslamabad arasında birbaşa uçuşlara başlanıb - FOTO


6-06-2022, 22:17. Разместил: admin
Bu gündən etibarən Pakistanın paytaxtı İslamabaddan Bakıya birbaşa uçuşlar başlayıb.

Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.


Əlamətdar hadisə münasibətilə İslamabad beynəlxalq hava limanında rəsmi tədbir keçirilib. Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Beynəlxalq Hava Yollarının (PİA) baş direktoru Məhəmməd Amiri, PİA-nın rəsmiləri, eləcə də birbaşa reysin ilk sərnişinləri iştirak ediblər.

İlkin olaraq uçuşlar bazar ertəsi İslamabaddan, cümə günləri isə Bakıdan həyata keçiriləcək.

Qeyd edək ki, İslamabadla yanaşı, 2022-ci ilin mart ayından PİA Pakistanın daha iki böyük şəhərindən - Kəraçi (həftədə bir dəfə) və Lahordan (həftədə iki dəfə) Bakıya birbaşa uçuşlar həyata keçirməyə başlayıb.





Вернуться назад