Главная > Dünya / Manset > ABŞ-ın Rusiyadakı səfiri: “Səfirliklərimiz qarşılıqlı olaraq bağlana bilər”
ABŞ-ın Rusiyadakı səfiri: “Səfirliklərimiz qarşılıqlı olaraq bağlana bilər”6-06-2022, 10:44. Разместил: admin |
ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Con Sallivan rəsmi Moskva ilə Vaşinqtonun qarşılıqlı olaraq bir-birinin ərazisində səfirliklərini bağlamaq ehtimalını istisna etməyib. Bununla belə, ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan deyib ki, Moskva ilə Vaşinqton arasında münasibətlər tam kəsilə bilməz və iki ölkə arasında əlaqə saxlanılmalıdır. “Diplomatik əlaqələrimizi tam kəsib bir-birimizlə danışmağı dayandıra bilmərik. Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclaslarında, ən azı, hər gün bir-birimizin yanında otururuq. Nə olursa-olsun, BMT-də, Təhlükəsizlik Şurasında bir-birimizlə danışsaq, daha yaxşı olar”, - deyə Con Sallivan vurğulayıb. Вернуться назад |