Главная > Dünya / Manset > Qazaxıstan ölkədən qanunsuz çıxarılan vəsaitləri geri qaytaracaq
Qazaxıstan ölkədən qanunsuz çıxarılan vəsaitləri geri qaytaracaq5-06-2022, 17:21. Разместил: admin |
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublikadan qanunsuz yollarla çıxarılan aktivlərin qaytarılması ilə məşğul olacaq idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb. Bu barədə bazar günü dövlət başçısının mətbuat xidməti məlumat yayıb. “Prezident Kasım-Jomart Tokayevin fərmanı ilə Qazaxıstan vətəndaşlarının xaricə qanunsuz çıxardıqları vəsaitlərin qaytarılması üzrə kompleks işlərin aparılması üçün Baş prokurorun rəhbərlik etdiyi idarələrarası komissiya yaradılıb”, - məlumatda bildirilib. Mətbuat xidməti onu da qeyd edib ki, prezident komissiyanın fəaliyyətinə şəxsən nəzarət etmək niyyətindədir. Вернуться назад |