Главная > Dünya / Manset > İtaliya şəhərlərində ən yüksək təhlükə səviyyəsi elan edildi

İtaliya şəhərlərində ən yüksək təhlükə səviyyəsi elan edildi


5-06-2022, 10:17. Разместил: admin
İtaliyanın Səhiyyə Nazirliyi, Afrika antisiklonuna görə bazar günü gözlənilən yüksək hava hərarəti səbəbindən ölkənin beş şəhərində, o cümlədən də paytaxt Romada qırmızı təhlükə səviyyəsi elan edib.

Müvafiq bildiriş şənbə günü nazirliyin saytında yerləşdirilib.

Romayla yanaşı, analoji xəbərdarlıq Kampobasso, Peruca, Rieti və Frozinoneyə də şamil edilib.

Bəzi bölgələr üçünsə narıncı təhlükə səviyyəsi açıqlanıb.

Sinoptiklər xəbərdarlıq edirlər ki, Siciliyanın bəzi yerlərində 42 dərəcəyə qədər temperatur gözlənilir.
Вернуться назад