Главная > Dünya / Manset > Qırğızıstan-Tacikistan sərhədində gərginlik: Ağır texnikalar cəlb edildi

Qırğızıstan-Tacikistan sərhədində gərginlik: Ağır texnikalar cəlb edildi


3-06-2022, 15:38. Разместил: admin
Qırğızıstan və Tacikistan sərhədində atışma olub, tacik hərbçilər minaatanlardan istifadə ediblər.

Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətindən bildirilib.

Məlumata görə, tacik hərbçilər qeyri-qanuni olaraq şərti sərhəd xəttini keçərək Qırğızıstanın Batken rayonunun Bulakbaşı ərazisinə daxil olublar. Qırğız hərbçilərin onlardan ərazini tərk etmək tələblərinə isə qarşı tərəf məhəl qoymayıb və atəş açılıb. Nəticədə atışma başlayıb.

İlkin məlumata görə, Qırğızıstan tərəfdən ölən və ya xəsarət alan yoxdur.

Tərəflər arasında telefon danışığı aparılıb, lakin əldə olunan razılaşmalara baxmayaraq, atışma davam edib. Məlumatda o da bildirilir ki, Tacikistan tərəfi sərhəd xəttinə ağır hərbi texnika cəlb edib.

Tacikistan hökuməti insidentlə bağlı hələlik şərh verməyib.
Вернуться назад