Главная > Dünya / Manset > Almaniyanın xarici işlər naziri: “Ukrayna müharibədə qalib gəlməlidir”

Almaniyanın xarici işlər naziri: “Ukrayna müharibədə qalib gəlməlidir”


2-06-2022, 19:44. Разместил: admin
Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanın başlatdığı müharibədə Ukraynanın qalib gəlməsini arzuladığını açıqlayıb.

Bu barədə o, ZDF telekanalının efirində deyib.

Berbok Kansler Olaf Şoltsun Rusiyanın müharibədə qalib gəlməməsi ilə bağlı daha ehtiyatlı formalaşdırılmış fikri barədə verilən suala cavabında kanslerin dediklərini təsdiqləyib.

“Doğrudur, mən də kanslerin dediklərini deyirəm”, - deyə o qeyd edib.

“Əlbəttə, Rusiya bu müharibədə qalib gəlməməlidir, strateji cəhətdən uduzmalıdır. Rusiya beynəlxalq hüququ pozur. Onlar Ukraynada sülhü pozmaq istəyirlər. Ona görə də Ukrayna heç bir halda uduzmamalıdır - bu o deməkdir ki, Ukrayna qalib gəlməlidir”, - deyə XİN rəhbəri vurğulayıb.
Вернуться назад