Главная > Dünya / Manset > Paşinyan Rəisi ilə regional kommunikasiyaların açılmasını müzakirə etdi
Paşinyan Rəisi ilə regional kommunikasiyaların açılmasını müzakirə etdi2-06-2022, 12:42. Разместил: admin |
Ermənistanın baş naziri Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub. Onlar ikitərəfli və regional gündəliyin bir sıra mühüm məsələlərini müzakirə ediblər. Xüsusilə, tərəflər regional kommunikasiyaların açılması, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyasına başlanması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması perspektivlərini nəzərdən keçiriblər. Ermənistanın baş naziri Brüsseldə 22 may tarixində keçirilən üçtərəfli görüşlə bağlı təəssüratlarını da Rəisi ilə bölüşüb. Вернуться назад |