Главная > Dünya / Manset > Almaniyada Aşağı Saksoniyanın DİN rəhbəri rusiyalı oliqarxların əmlakını müsadirə etməyə çağırıb
Almaniyada Aşağı Saksoniyanın DİN rəhbəri rusiyalı oliqarxların əmlakını müsadirə etməyə çağırıb2-06-2022, 09:38. Разместил: admin |
Aşağı Saksoniyanın daxili işlər naziri Boris Pistorius Rusiya oliqarxlarının aktivləri və onların müsadirə edilməsi ilə bağlı Kanada təcrübəsindən yararlanmağa çağırıb. “Biz Kanadadan nümunə götürməliyik və nəinki Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısında olan oliqarxların aktivlərini dondurmalı, həm də onları müsadirə edib humanitar yardım və Ukraynanın bərpası üçün istifadə etməliyik”, - deyə Pistorius bildirib. Siyasətçi bu prosedurun təkcə oliqarxlara deyil, həm də onların sanksiyalardan yan keçməsinə kömək edən hər kəsə şamil olunmasını tələb edib. Вернуться назад |