Главная > Dünya / Manset > Misirdə yüzlərlə mumiya aşkar edildi

Misirdə yüzlərlə mumiya aşkar edildi


1-06-2022, 14:21. Разместил: admin
Misirdə, Qahirə yaxınlığındakı Saqqara nekropolunda aşkar edilmiş 2500 il yaşı olan yüzlərlə qədim artefaktdan ibarət kolleksiya təqdim olunub. Bu barədə “Phys.org”un press-relizində məlumat verilib.

Qədim Əsərlər Ali Şurasının rəhbəri Mostafa Vəzirinin sözlərinə görə, tapıntıya yaxşı qorunmuş mumiyaları olan 250 sarkofaq, həmçinin Misir tanrılarının 150 bürünc heykəli və məhsuldarlıq ilahəsi İsis ilə əlaqəli ayinlərdə istifadə edilən tunc qablar daxildir.

Artefaktlar daimi ekspozisiya üçün Qahirə yaxınlığında, Giza piramidalarının yanında hələ də tikilməkdə olan yeni Böyük Misir Muzeyinə təhvil veriləcək.

Saqqara Misirin qədim paytaxtı Memfisdə Giza piramidalarını və Əbu-Sir, Dahşur və Əbu-Ruveyşdəki daha kiçik piramidaları əhatə edən geniş nekropolun bir hissəsidir. Memfisin xarabalıqları 1970-ci illərdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Вернуться назад