Главная > Dünya / Manset > “Made in Türkiye” rəsmiləşir

“Made in Türkiye” rəsmiləşir


1-06-2022, 13:38. Разместил: admin
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə adının Birləşmiş Millətlər Təşkilatı ölkələrində istifadə edilməsi ilə bağlı yazılı müraciət ediləcəyini bildirib.

Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gezete”də dərc olunan məlumatda bildirilir ki, ixrac məhsullarında “Made in Turkey” əvəzinə “Made in Türkiye” ifadəsi işlənəcək.

Türkiyənin beynəlxalq ticarətdə qürur duyduğu məhsullar “Türkiye” ifadəsi ilə tanıdılaraq dünyaya təqdim ediləcək. Bu çərçivədə “Türkiye” markasını gücləndirmək üçün edilən səylər daxilində hər cür fəaliyyət və yazışmalarda, xüsusilə digər dövlətlər və beynəlxalq qurum və təşkilatlarla rəsmi əlaqələrdə “Turkey”, “Turkei”, “Turquie” və buna bənzər ifadələr yerinə “Türkiye” ifadəsi işlədiləcək.
Вернуться назад