Главная > Dünya / Manset > Rusiya Niderlanda qaz tədarükünü dayandırır

Rusiya Niderlanda qaz tədarükünü dayandırır


31-05-2022, 11:18. Разместил: admin
“Qazprom Export” Niderlandın mavi yanacaq operatoru “GasTerra” şirkətinə xəbərdarlıq göndərib.

Rusiya şirkətindən bildirilib ki, qarşı tərəf aprel ayı üzrə ödəniş etməyib.

Bu səbəbdə də, mayın 31-də Niderland şirkətinə qaz tədarükünün dayandırılacağı qeyd olunub.

Xatırladaq ki, “GasTerra” mavi yanacağa görə ödənişləri rublla həyata keçirməkdən imtina edib və tədarükün dayandırılmasının ölkədəki ev təsərrüfatlarına təsir etməyəcəyini bəyan edib.
Вернуться назад