Главная > Dünya / Manset > Mirça Coane: “NATO üçün artıq heç bir məhdudiyyət qalmayıb”

Mirça Coane: “NATO üçün artıq heç bir məhdudiyyət qalmayıb”


30-05-2022, 13:34. Разместил: admin
“Rusiyanın Ukraynaya hücumundan sonra NATO artıq Şərqi Avropada öz qüvvələrini yerləşdirməkdən çəkinmək kimi keçmiş öhdəliklərə bağlı deyil”.

Bunu AFP agentliyinə alyansın baş katibinin müavini Mirça Coane deyib.

Onun sözlərinə görə, Moskva Ukraynaya təcavüzü ilə NATO-Rusiya Təsis Aktını “hər-hansı məzmundan məhrum edib” və Alyansla dialoqu dayandırıb.

1997-ci ildə Rusiya və Alyans arasında münasibətləri bərpa etmək üçün nəzərdə tutulmuş müqaviləyə əsasən, hər iki tərəf “Avropanın razılaşdırılmış regionlarında, o cümlədən Mərkəzi və Şərqi Avropada adi silahların potensial təhdid yarada bilən yığılmasının qarşısının alınması” üzərində işləmək barədə razılığa gəlib.

“Onlar belə bir qərar verdilər ki, qonşularına hücum etməyəcəklər, hansı ki, indi edirlər və NATO ilə mütəmadi məsləhətləşmələr aparacaqlar, lakin indi bunu etmirlər. Ona görə də hesab edirəm ki, bu təsis aktı faktiki olaraq Rusiya üzərində öz qüvvəsini itirib”, – deyə Vilnüsdə çıxışı zamanı Coane qeyd edib.

Onun sözlərinə görə, Rusiya faktiki olaraq 1997-ci il müqaviləsindən çıxıb.

“İndi bizim şərq cinahda güclü mövqeyə malik olmaq və NATO ərazisinin hər kvadratsantimetrinin beşinci maddə və müttəfiqlərimiz tərəfindən qorunmasını təmin etmək üçün heç bir məhdudiyyətimiz yoxdur”, – deyə NATO baş katibinin müavini əlavə edib.
Вернуться назад