Главная > Dünya / Manset > Denis Şmıqal: “Rusiyanın əsas məqsədi Ukrayna ərazisini ukraynalılardan təmizləməkdir”
Denis Şmıqal: “Rusiyanın əsas məqsədi Ukrayna ərazisini ukraynalılardan təmizləməkdir”30-05-2022, 08:39. Разместил: admin |
Rusiyanın əsas məqsədi Ukrayna ərazisini ukraynalılardan təmizləməkdir. Bunu Ukraynanın baş naziri Denis Şmıqal BBC-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, işğalçılar ölkədə qorxu yaymaq və ukraynalıları Avropaya qaçmağa məcbur etmək istəyirlər. “Onlar insanlığa qarşı cinayətlər törədirlər, Ukrayna xalqına qarşı soyqırım törədirlər, çünki Ukrayna ərazisini ukraynalılardan təmizləyirlər. Bu, onların əsas məqsədidir. İkinci dərəcəli məqsəd isə miqrasiya böhranı yaratmaq və milyonlarla ukraynalını Avropa Birliyinə sıxışdıraraq oarada sabitliyi pozmaqdır. Onlar bilərəkdən, qəsdən hərbi cinayətlər törədirlər. Bizdə isə həlak olan mülki əhalinin sayı hərbçilərlə müqayisədə on dəfə çoxdur. Bu, Rusiya ordusunun və Rusiyanın hərbi əməliyyatlar apardığını sübut edir. Belə ki, onlar Silahlı Qüvvələr ilə deyil, Ukraynanın mülki əhalisi ilə vuruşurlar”, - deyə o, bildirib. Şmıqalın sözlərinə görə, bu gün 14 milyon ukraynalı artıq evlərini tərk edərək Avropa ölkələrinə gedib və ya məcburi köçkünə çevrilib. Вернуться назад |