Главная > Dünya / Manset > TƏBİB-in şöbə müdiri meymunçiçəyi ilə koronavirusun müqayisəsindən DANIŞDI
TƏBİB-in şöbə müdiri meymunçiçəyi ilə koronavirusun müqayisəsindən DANIŞDI27-05-2022, 20:51. Разместил: admin |
Meymunçiçəyi virusu koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil. Oxu.Az xəbər verir ki, bu fikirləri TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə, virusun yoluxdurucu olmasını üçün müəyyən şərait olmalıdır: “Səpkilərlə yanaşı, limfa düyünlərinin şişməsi baş verə bilir. Bu da xəstəliyə xarakterik cəhətdir. Bu müddət ərzində insanlar özlərini izolyasiya etməyə çalışmalıdırlar. Bu da virusun pandemiyaya çevirilməsinin qarşısını alır. Bu xəstəliyə yoluxma üçün sıx və çox yaxın təmas olmalıdır. Dəri səthində olan yaralarla təmas olmalıdır ki, yoluxma olsun”. Вернуться назад |