Главная > Dünya / Manset > Xarkov prokurorluğu: “İşğalçılar artıq 37 uşağı öldürüblər”

Xarkov prokurorluğu: “İşğalçılar artıq 37 uşağı öldürüblər”


27-05-2022, 18:09. Разместил: admin
Xarkov vilayətində rus işğalçıları tərəfindən artıq ən azı 37 uşaq öldürülüb, 108 uşaq yaralanıb, yalnız son iki gündə 1 uşaq ölüb, 3 uşaq yaralanıb.

Bu barədə Xarkov Vilayət Prokurorluğunun “Facebook” hesabında məlumat verilib.

“Müharibənin günahsız qurbanları: Rusiya Federasiyasının Xarkov vilayətinə silahlı hücumu nəticəsində 37 uşaq həlak olub, daha 108 uşaq yaralanıb.

O cümlədən mayın 25-də işğalçılar Balakliya şəhərini atəşə tutublar, nəticədə biri 9 yaşlı uşaq olmaqla 10 nəfər yaralanıb, daha iki nəfər isə həlak olub.

Bundan əlavə, mayın 26-da Xarkov şəhərinin Şevçenkovski rayonunun atəşə tutulması nəticəsində 8 dinc sakin həlak olub, onların arasında 5 aylıq uşaq da var. 9 yaşlı qız da daxil olmaqla 17 nəfər yaralanıb”, – deyə prokurorluğun məlumatında bildirilir.

Prokurorluq həmçinin əlavə edib ki, işğalçılar sistematik olaraq bölgənin mülki infrastrukturunu məhv etməyə çalışırlar. Rusiya Federasiyası silahlı qüvvələrinin müntəzəm bombardmanları və atəşə tutması nəticəsində Xarkovda 222, regionda 68 təhsil müəssisəsi zərər görüb, 4 məktəb və 4 uşaq bağçası tamamilə dağıdılıb.

Bu məlumatlar yekun deyil, çünki aktiv döyüş əməliyyatları aparılan ərazilərdə və müvəqqəti işğal olunmuş ərazilərdə atəşə tutulan yerləri yoxlamaq imkanı yoxdur.
Вернуться назад