Главная > Dünya > Blinken: “Rusiya şirkətləri SEPAH-a neft qaçaqmalçılığı və çirkli pulların yuyulmasında kömək edir”
Blinken: “Rusiya şirkətləri SEPAH-a neft qaçaqmalçılığı və çirkli pulların yuyulmasında kömək edir”26-05-2022, 09:50. Разместил: admin |
ABŞ terror təşkilatı hesab etdiyi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələrə görə on fiziki şəxsə və doqquz şirkətə sanksiya tətbiq edib. Dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya rəsmiləri və dövlət şirkətləri SEPAH-a neft qaçaqmalçılığı və çirkli pulların yuyulmasında kömək edirlər. “Bu gün Birləşmiş Ştatlar SEPAH-ın Qüds Qüvvələrinın hazırki zabiti Behnam Şəhriyari və keçmiş zabiti Rüstəm Qazeminin rəhbərlik etdiyi beynəlxalq neft qaçaqmalçılığı və çirkli pulların yuyulması şəbəkəsinə qarşı sanksiyalar tətbiq edir. Bu şəbəkə Rusiya Federasiyası hökumətinin yüksək eşalonları və dövlət müəssisələri tərəfindən dəstəklənir. Sözügedən şəbəkə, SEPAH-ın Qüds Qüvvələrinə və “Hizbullah”a yüz milyonlarla dollar dəyərində neft satışını təmin edib”, - deyə dövlət katibi bəyan edib. Вернуться назад |