Главная > Dünya > Aİ-də 85 meymunçiçəyinə yoluxma halı təsdiqlənib
Aİ-də 85 meymunçiçəyinə yoluxma halı təsdiqlənib24-05-2022, 09:41. Разместил: admin |
Mayın 15-dən 23-dək Aİ-nin səkkiz üzv ölkəsində - Belçika, Fransa, Almaniya, İtaliya, Niderland, Portuqaliya, İspaniya və İsveçdə meymunçiçəyi infeksiyasına 85 yoluxma hadisəsi qeydə alınıb. Bu barədə Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) məlumat yayıb. Bildirilib ki, meymunçiçəyi adətən yüngül əlamətlərlə müşahidə olunur və insanların çoxu bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda ağırlaşmalar da baş verə bilər. Вернуться назад |