Главная > Dünya / Manset > Afrika İttifaqı Kiyev və Moskvanı barışdırmağa çalışacaq
Afrika İttifaqı Kiyev və Moskvanı barışdırmağa çalışacaq23-05-2022, 09:23. Разместил: admin |
Seneqal prezidenti Maki Sall Afrika İttifaqının rəhbəri qismində gələn həftə Kiyev və Moskvaya səfər edəcək. O, Ukraynadakı müharibəni müzakirə etməyi planlaşdırır. Seneqal dövlətinin başçısı bildirib ki, hər iki ölkənin nümayəndələri ilə dialoq zamanı o, münaqişənin gərginliyini azaltmaq və sülhün bərqərar olması niyyətlərini görmək istəyir. “Biz işğalı pisləyərkən, gərginliyin azaldılması üzərində, atəşkəs, dialoq üzərində işləyirik. Bu, Afrikanın mövqeyidir”, - deyə Sall bəyan edib. Вернуться назад |