Главная > Dünya / Manset > Rusiya ordusu Ukraynada musiqi məktəbini xarabalığa çevirdi - FOTO

Rusiya ordusu Ukraynada musiqi məktəbini xarabalığa çevirdi - FOTO


22-05-2022, 10:17. Разместил: admin
Ukraynanın Donetsk vilayətində daha bir mədəniyyət müəssisəsi dağıdılıb. Rusiya ordusu Svyatoqorskidəki musiqi məktəbinə hücum edib.

Bu barədə vilayətin qubernatoru Pavel Kirilenko məlumat verib.

“2016-cı ildə Yaponiya hökuməti bu məktəbi təmir etməkdə bizə kömək etdi. Ruslar onu xarabalığa çevirdilər”, - deyə qubernator bildirib.

Qeyd edək ki, dünən Rusiya ordusu raket zərbəsi ilə Lozova şəhərində mədəniyyət evinə raketli hücum həyata keçirib. Nəticədə aralarında 11 yaşlı qız olmaqla yeddi nəfər yaralanıb.






Вернуться назад