Главная > Dünya / Manset > Niderlandın baş nazirinin köhnə telefonu ölkədə qalmaqal yaratdı
Niderlandın baş nazirinin köhnə telefonu ölkədə qalmaqal yaratdı22-05-2022, 09:20. Разместил: admin |
Niderlandın baş naziri Mark Rutte bir neçə ildir ki, “Nokia 301” mobil telefonundan işilə bağlı SMS mesajlarını sildiyinə görə qalmaqal yaşayıb. Nəşrin məlumatına görə, silinən mesajlar arasında Amsterdam meri Femke Halsemin 2020-ci ilin iyunundakı etirazlar, eləcə də “Unilever”in baş direktoru Pol Polmanın mübahisəli vergi məsələsi ilə bağlı mesajları da olub. Hadisə Niderland parlamentində müzakirəyə çıxarılıb. Baş nazir məlumatların arxivləşdirilməsi ilə bağlı qanunu pozmaqda ittiham olunub. Bundan əlavə, müxalifət nümayəndələri köhnə model telefondan istifadənin dövlət təhlükəsizliyini təhdid edə biləcəyini qeyd ediblər. Rutte isə bildirib ki, mesajları yalnız telefonun yaddaşında boş yer olmadığı üçün silib. Vacib olanları isə dövlət arxivinə göndərib. Вернуться назад |