Главная > Dünya / Manset > İran Urmiya gölü ilə bağlı tədbirlər görəcək: Rəisi anons verdi
İran Urmiya gölü ilə bağlı tədbirlər görəcək: Rəisi anons verdi21-05-2022, 13:20. Разместил: admin |
“Urmiya gölü məsələsi təkcə Urmiya şəhəri və Qərbi Azərbaycan üçün deyil, həm də region və ölkə üçün önəmlidir”. Bu barədə İİR Prezidenti İbrahim Rəisi Urmiya şəhərində keçirilən tədbirdə çıxışında deyib. Onun sözlərinə görə, bu problemin aradan qaldırılması prioritet məsələlərdən biridir. Əvvəlki prezident Həsən Ruhani dövründə Urmiya gölünün dirçəldilməsi işlərinə işarə edən Rəisi bunun üçün işlərə başlanıldığını, lakin tamamlanmadığını qeyd edib. “Biz bu səfəri bu layihələri tamamlamaq üçün planlaşdırdıq”, - deyə o əlavə edib. Qeyd edək ki, 2003-cü ildə quraqlıq səbəbindən su səviyyəsi azalmağa başlayan Urmiya gölü 2013-cü ildə tamamilə qurumaq təhlükəsi ilə üzləşib. Gölün canlandırılması tələbi ilə ölkədə vaxtaşırı nümayişlər keçirilir. Вернуться назад |