Главная > Dünya / Manset > ABŞ-da Zelenski haqda ingiliscə komiks buraxılıb

ABŞ-da Zelenski haqda ingiliscə komiks buraxılıb


20-05-2022, 11:20. Разместил: admin
Amerikanın “TidalWave Productions” komiks nəşriyyatı Ukrayna Prezidenti Volodimir Zelenski haqqında ingilis dilində komiks nəşr etdiyini elan edib.

“TidalWave” siyasi aparıcı qüvvələrin nümayəndələrinin əks olunduğu məşhur komiks seriyasına Volodimir Zelenskinin tərcümeyi-halının əlavə olunduğunu elan etməkdən qürur duyur”, – deyə studiyanın saytında bildirilir.

Qeyd olunur ki, komikslərin satışından əldə olunan vəsaitin bir hissəsi Beynəlxalq Qızıl Xaç Komitəsinə veriləcək.

22 səhifəlik komiks həm çap, həm də elektron formatda olacaq.
Вернуться назад