Главная > Dünya / Manset > İtaliyada ilk dəfə bir insanda “meymun çiçəyi” aşkarlandı
İtaliyada ilk dəfə bir insanda “meymun çiçəyi” aşkarlandı19-05-2022, 23:38. Разместил: admin |
İtaliyada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma halı qeydə alınıb. Bu barədə ANSA məlumat verib. Hazırda Lazzaro Spallanzani Milli Yoluxucu Xəstəliklər İnstitutunda müayinə olunan xəstə bu yaxınlarda Kanar adalarından qayıdıb. O təcrid olunub, vəziyyəti qənaətbəxşdir, lazımi araşdırmalar aparılır, təmasda olduğu insanlar yoxlanılır. Tibb müəssisəsinin verdiyi açıqlamaya görə, infeksiya tüpürcək və digər bioloji və selikli ifrazatlar vasitəsilə sıx təmas zamanı baş verə bilər. Onlar həmçinin bildiriblər ki, hazırda “meymun çiçəyi” şübhəsi ilə daha iki yoluxma hadisəsi yoxlanılır. “Meymun çiçəyi” qızdırma, ümumi intoksikasiya və dəri töküntüsü ilə xarakterizə olunan nadir yoluxucu xəstəlikdir. Вернуться назад |